itehsil.az platforması, istifadəçilərə təhsil və karyera planlaşdırılması sahəsində müxtəlif ödənişsiz xidmətlər təqdim edən rəqəmsal bir mənbədir. Platformamız aşağıdakı əsas funksiyaları yerinə yetirir:
Gələcəkdə bu xidmətlərə əlavə olaraq CV generatoru, mentorluq dəstəyi, test imtahanları və digər peşəkar inkişaf vasitələri də daxil ediləcək. Bütün bu xidmətlər itehsil.az tərəfindən təqdim olunur və daima təkmilləşdirilir.
Platformanın bəzi funksiyalarından istifadə etmək üçün istifadəçilərdən qeydiyyat tələb oluna bilər. Qeydiyyat zamanı təqdim olunan şəxsi məlumatlar, ad, soyad, elektron poçt ünvanı və əlaqə nömrəsi, doğru və aktual olmalıdır.
itehsil.az Azərbaycan kollec və universitetlərinə ixtisas seçimi zamanı sizə doğru qərar verməyə kömək edən unikal onlayn sistemdir. Topladığınız bala əsaslanaraq, son 6 ilin rəsmi qəbul nəticələrinə əsaslanan data modeli ilə ixtisasa qəbul ehtimalınızı dəqiq ehtimal təqdim edir. Bu alətlər yalnız qərar dəstəyi məqsədi ilə təqdim olunur və heç bir halda qəbul nəticənizə zəmanət vermir.
Platformadan istifadə zamanı istifadəçilər aşağıdakı davranış qaydalarına əməl etməlidirlər:
Yuxarıda qeyd olunan qaydaların pozulması halında, istifadəçinin hesabı dərhal bloklana və ya ləğv oluna bilər.
itehsil.az platforması təqdim etdiyi xidmətlərin formasını, əhatə dairəsini və ya mövcudluğunu istənilən vaxt, əvvəlcədən xəbərdarlıq etmədən dəyişdirmək və ya tamamilə dayandırmaq hüququnu özündə saxlayır. Eyni zamanda, bu Xidmət Şərtləri də dövri olaraq yenilənə bilər. Yenilənmiş şərtlər saytda dərc olunduğu andan etibarən qüvvəyə minir və istifadəçilərin həmin tarixdən sonra platformadan istifadəsi yenilənmiş şərtlərlə razılaşma sayılır.