Bu Məxfilik Siyasəti, itehsil.az veb saytı və iTəhsil layihəsi tərəfindən toplanan, istifadə olunan və qorunan məlumatların necə idarə olunduğunu izah edir.
Biz saytımızda istifadəçilərdən müəyyən şəxsi məlumatlar toplayırıq. Bu məlumatlar siz qeydiyyatdan keçdiyinizdə, hesabınıza daxil olduğunuzda, xidmətlərimizdən istifadə etdiyiniz zaman və ya saytımızda müəyyən əməliyyatlar apardığınız zaman əldə olunur. Toplanan məlumatlara ad, soyad, elektron poçt ünvanı, əlaqə nömrəsi, cihaz və brauzer məlumatları, IP ünvanı və baxdığınız səhifələr haqqında texniki məlumatlar daxil ola bilər.
Toplanmış məlumatlar müxtəlif məqsədlərlə istifadə edilə bilər. Bunlara istifadəçiyə xidmət göstərmək, xidmətləri və texniki funksionallığı təkmilləşdirmək, istifadəçi dəstəyi proseslərini optimallaşdırmaq və sizinlə əlaqə qurmaq daxildir.
Biz sizin şəxsi məlumatlarınızı üçüncü şəxslərə satmırıq, paylaşmırıq və ya kommersiya məqsədilə ötürmürük. Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş hallarda, hüquq-mühafizə orqanlarının qanuni tələbləri əsasında və ya istifadə qaydalarının pozulması, fırıldaqçılıq halları, fiziki təhlükəsizlik təhdidləri və bu kimi digər hüquqi səbəblərlə şəxsi məlumatların açıqlanması mümkün ola bilər. Bu zaman məlumat paylaşımı yalnız müvafiq qanunvericiliyə əsasən həyata keçirilir.
İstifadəçi məlumatlarının təhlükəsizliyini qorumaq üçün texnoloji və inzibati tədbirlər görülür. Saytımızda SSL (Secure Socket Layer) şifrələmə texnologiyası tətbiq olunur. Məlumatlara yalnız xüsusi icazəli və təlim keçmiş şəxslərin çıxışı mümkündür. Serverlər və məlumat bazaları təhlükəsiz mühitdə yerləşir və davamlı nəzarət altındadır.
Saytımızda istifadəçi təcrübəsini yaxşılaşdırmaq və təkrar girişləri asanlaşdırmaq məqsədilə "cookie" texnologiyasından istifadə olunur. Bu fayllar istifadəçi seçimlərini yadda saxlamaq, saytın istifadəsini analiz etmək və ən çox baxılan məzmunları müəyyənləşdirmək üçün istifadə edilir. “Cookie” faylları heç bir şəxsi və ya məxfi məlumat ötürmür və istifadəçilər istədikdə brauzer ayarlarında bu funksiyanı deaktiv edə bilərlər.
Saytımızdan istifadə etməklə siz bu Məxfilik Siyasətində qeyd olunan şərtlərlə tam razı olduğunuzu təsdiqləyirsiniz. Məxfilik siyasətimiz zamanla yenilənə bilər və dəyişikliklər bu səhifədə dərc olunduğu andan etibarən qüvvəyə minir.